Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • I
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıx
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Bu gün

Cümə axşamı, 16 aprel

Bu darlıqda Yehovanı çağırdım... çatdı qulağına fəryadım (Zəb. 18:6).

Davud padşah Yehovanı tanıyırdı və Ona bel bağlayırdı. Davud Talut padşah və digər düşmənləri tərəfindən təqib olunanda Yehovaya dua edib kömək istəmişdi. Yehova da onun duasına cavab verib düşmənlərinin əlindən qurtarmışdı. Bu zaman Davud demişdi: «Şükürlər olsun... var olan Yehovaya» (Zəb. 18:46). O bu sözlərlə sadəcə Allahın mövcud olduğunu vurğulamırdı. Bir elmi mənbəyə əsasən Davud bu sözlərlə qeyd edirdi ki, «Yehova həmişə Öz xalqının rifahı üçün çalışan gerçək Allahdır». Bəli, o, Yehovanın var olan Allah olduğuna şəxsən şahid olmuşdu. Bu da onu Yehovaya daim xidmət etməyə və Ona həmd etməyə təşviq etmişdi (Zəb. 18:28, 29, 49). Yehovanın var olan Allah olduğuna əmin olmağımız bizə də Ona canla-başla xidmət etməyə kömək edəcək. Onda sınaqlara tab gətirə biləcəyik və Ona var gücümüzlə xidmət edəcəyik. Bundan əlavə, Yehovadan heç vaxt ayrılmamağa qəti qərarlı olacağıq. w24.06 s. 20—21, abz. 3, 4

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Cümə, 17 aprel

Qoy heç kəs sizi aldatmasın (2 Salon. 2:3).

Həvari Bulusun salonikililərə yazdığı sözlərdən hansı nəticəni çıxarırıq? Ola bilsin, Müqəddəs Kitabdan öyrəndiklərimizlə uzlaşmayan hansısa fikri eşidək, ya da sensasiyalı bir xəbər qulağımıza çatsın. Bu zaman ağılla davranmaq lazımdır. Keçmiş Sovet İttifaqında düşmənlərimiz qardaşlarımıza guya baş idarədən olan məktub vermişdilər. Məktub bəzi qardaşları təşkilatdan ayrılıb müstəqil qurum kimi fəaliyyət göstərməyə sövq etdi. Məktub öz-özlüyündə saxtaya oxşamırdı. Amma sadiq qardaşlar orada yazılanlara aldanmadılar. Onlar başa düşürdülər ki, oradakı fikirlər indiyə kimi öyrəndikləri ilə üst-üstə düşmür. Bu gün də həqiqətin düşmənləri müasir texnologiyadan istifadə edərək bizi çaşqınlığa salmağa və aramızda parçalanma yaratmağa çalışırlar. Biz bu kimi şeylərin ağlımızı asanlıqla çaşdırmasına yol vermirik. Oxuduğumuz və ya eşitdiyimiz məlumatın bu günə kimi öyrəndiyimiz həqiqətlərlə üst-üstə düşüb-düşmədiyini götür-qoy edirik (2 Salon. 2:2; 1 Yəh. 4:1). w24.07 s. 12, abz. 14, 15

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Şənbə, 18 aprel

Əgər kimsə bir günah iş tutsa,.. yardımçımız var (1 Yəh. 2:1).

İnsanın həyatda verdiyi ən mühüm qərar özünü Yehovaya həsr etmək və Onun xidmətçilərinin sırasına qoşulmaqdır. Yehova hər kəsin bu qərarı verməsini istəyir. O, insanların Onunla dost olmasını və əbədi yaşamasını istəyir (Qan. 30:19, 20; Qal. 6:7, 8). Bununla belə, Yehova kimisə Ona xidmət etməyə məcbur etmir. O necə davranmağı hər kəsin öz öhdəsinə buraxır. Tutaq ki, vəftiz olunmuş məsihi Allahın qanununu pozaraq ciddi günah işləyib. Əgər o, tövbə etməsə, yığıncaqdakıların arasından çıxarılmalıdır (1 Kor. 5:13). Hətta bu halda da Yehova həmin insanın Ona geri qayıdacağını həsrətlə gözləyir. Əslində, Yehovanın fidyəni verməsinin əsas səbəblərindən biri elə budur: O bunun əsasında günahlarından tövbə edən insanı bağışlayır. Yehova çox məhəbbətli Allahdır. O, ciddi günah işləyən insanı tövbəyə səsləyir (Zək. 1:3; Rom. 2:4; Yaq. 4:8). w24.08 s. 14, abz. 1, 2

Müqəddəs Yazıları hər gün araşdırın 2026
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Məxfilik parametrləri
  • JW.ORG
  • Daxil ol
Paylaş